RİH rəhbərliyi rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə baxış keçirdi.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış “Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Cavadxan küçəsi 26, 30 saylı ünvanlarında yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri davam edir.
Qeyd edək ki, həyətdə kök üstdə qurumuş ağaclar təmizlənərək ərazidən çıxarılıb, budanma təmizlik işləri aparılıb.
Nəzərdə tutulmuş işlər çərçivəsində ümumi yaşayış binalarının giriş bloklarının qapı və pəncərələri yeniləri ilə əvəz olunub. Binaların giriş pilləkənlərində, fasadında və dam örtüyündə əsaslı təmir işləri, eyni zamanda yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi işləri də davam etdirilir.
Həyətdə torpaq və yeni tamet-bardur daşlarının vurulması işləri davam edir. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının quraşdırılması işləri aparılır.
Binaları əhatə edən sahədə yeni su və işıqlandırma sistemlərinin çəkilməsi, avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması, yeni asfalt örtüyünün və qazon örtüyünün vurulması işləri də nəzərdə tutulubdur.
Qeyd edək ki, RİH rəhbərliyi Cavadxan küçəsi 26, 30 saylı ünvanlarında olarkən görülən işlərlə tanış olmuş, aparılan işlərin keyfiyyətlə həyata keçirilməsi üçün müvafiq tövsiyyələr verilmişdir.
Eyni zamanda RİH rəhbərliyi ərazidə olarkən Nəsimi rayonu Cavadxan küçəsi 34, 36, 38 və Hüseynbala Əliyev küçəsi 6 saylı ünvalarda yerləşən binalara da baxış keçirdi.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.