Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyununun yekun mərhələsi keçirilib.

06 may 2025 | 16:50

“Şahin” hərbi-idman oyununun yekun mərhələsini keçirilmiş və qalib komandalar mükafatlandırılmışdır.

Tədbirdə Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov, Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin rəisi polkovnik İntiqam Mirzəyev, Nəsimi Rayon İcra Hakimiyyətinin birinci müavini Gülarə Verdiyeva, Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinin rəisi polkovnik-leytenant Ceyhun Əliyev və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi və Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Yusif Babanlı, Zamin Əhmədov və idarə əməkdaşları, orta ümumtəhsil məktəblərinin hərbi rəhbərləri, şagirdlərdən ibarət “Şahin” komandaları və kollecin tələbələri iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Yarışın yekun nəticəsinə əsasən qalib komandalar Bakı Şəhər Gənclər və İdman İdarəsi və Bakı Hərbi Kolleci tərəfindən mükafatlandırılmışlar. Qalib komandalar aşağıdakılardır:

Nəsimi rayonu üzrə:

  1. 23 nömrəli tam orta məktəbin komandası - I yer;
  2. 111 nömrəli tam orta məktəbin komandası - II yer;
  3. Türk Dünyası Bakı Atatürk liseyinin komandası - III yer;

Səbail rayonu üzrə:

  1. 236 nömrəli tam orta məktəbin komandası - I yer;
  2. 91 nömrəli tam orta məktəbin komandası – II yer;
  3. 203 nömrəli tam orta məktəbin komandası - III yer;

Yasamal rayonu üzrə:

  1. 308 nömrəli tam orta məktəbin komandası - I yer;
  2. 286 nömrəli tam orta məktəbin komandası – II yer;
  3. 158 nömrəli tam orta məktəbin komandası - III yer;

Tədbirin sonunda Bakı Hərbi Kollecin Hərbi Orkestri və solistləri, Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri vətənpərvərlik mövzusunda musiqi və mahnılar ifa etdilər.

Keçidlər