Şriftin ölçüsü :

Saytın rəngi :

Salatın Əsgərova 35 saylı ünvanda yeni yağış kürəbəndi quraşdırılmışdır.

21 dekabr 2022 | 12:12

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində yolların, küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Sakinlərin müraciətləri əsasında Salatın Əsgərova 35 saylı ünvanda yolun hərəkət hissəsində eyni zamanda piyadaların hərəkəti olan səkidə yağışdan sonra yaranmış problemin aradan qaldırılması üçün yeni yağış kürəbənd xətti çəkilmişdir.

Qeyd edək ki, sözü gedən ünvanda toplanan yağış sularının axıdılması üçün diametri 200mm-lik olan boru ilə yağış kürənd xətti çəkilmiş, yağış barmaqlıqları qoyulmuş, ümumi kanalizasiya xəttinə birləşdirilmişdir. Bununla da toplanan yağış sularının ümumi kanalizasiya xəttinə axıdılması üçün şərait yaradılmışdır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər