Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailə üzvləri Ümrə ziyarətindən qayıtdı.

23 noyabr 2023 | 10:16

Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində 30 ildən artıq işğal altında olan doğma torpaqlarımız düşmən tapdağından azad etdi. 2023-cü ildə keçirilən lokal xarakterli anti-terror əməliyyatları çərçivəsində yeni bir tarix yazıldı, Azərbaycan suverenliyini bərpa etdi.

 Post-müharibə dövründə cənab Prezidentin müvafiq tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazsində olduğu kimi Nəsimi rayonunda da şəhid ailələrinə və qazilərinə daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və qaldırdıqları digər məsələlərin operativ surətdə həll olunması daim rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. 

Müraciətləri nəzərə alınaraq, rayon İcra Hakimiyyətinin dəstəyi ilə 13 nəfər şəhid ailələrinin nümayəndələrinin ziyarətə yola salınması nəzərdə tutulsada son gündə 1 nəfər şəhid ailə üzvü müəyyən səbəblərdən gedə bilməmişdir. 11 şəhid ailəsi üzvü və  1 Vətən müharibəsi qazisi 13 noyabr tarixdə Ümrə ziyarətinin yerinə yetirilməsi üçün Səhudiyyə Ərəbistanına yola salınıblar. 7 günlük Ziyarət çərçivəsində zəvvarlar Mədinə və Məkkə şəhərlərində müsəlmanlar üçün tarixi əhməiyyət kəsb edən məbədləri ziyarət edib, və bir sıra dini ainləri yerinə yetiriblər.  

Noyabr ayının 20-si axşam saatlarında zəvvarlar vətənə qayıdıb. Şəhid ailələri və qazilər  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər