Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid anası Lətifə Novruzova evində ziyarət olundu

08 aprel 2025 | 16:56

Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi Nəsimi rayon şöbəsinin müdiri Azər Quliyev, Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Sənan Hüseynov iki şəhid anası Lətifə Novruzovanı ziyarət ediblər.

Söhbət zamanı şəhid anası Lətifə Novruzova əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Həmçinin tarixi qələbəmizdə şəhidlərimizin şücaətindən bəhs edilərək, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılmışdır. Şəhid anası Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət, yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd edərək öz minnətdarlığını bildirmişdir.

Keçidlər