Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsmayıl Kərimlinin anım gününə həsr olunmuş “Bir şəhid hekayəsi” adlı tədbir keçirilib

15 oktyabr 2024 | 15:27

Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə şəhid İsmayıl Kərimlinin xatirəsinə həsr olunmuş “Bir şəhid hekayəsi” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, müharibə əlilləri, veteranları, rayonun ümümtəhsil müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhid İsmayıl Kərimliyə ithaf olunmuş sərgiyə baxış keçirib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İlk olaraq şəhid İsmayıl Kərimlinin həyat hekayəsi haqqında videoçarx izlənilib.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova öz çıxışında ərazi bütövlüyü üçün keçilən yol, gələcək nəsillərin Qarabağ həqiqətlərini daha yaxşı mənimsəmələri üçün bu kimi tədbirlərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva Zəfər tarixinin əhəmiyyəti barədə çıxış edərək bildirdi ki,  bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Cənab  İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində ordumuza daima yüksək səviyədə diqqət  və qayğı göstərilir.

Digər çıxış edənlər ATİAHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova və Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev 44 günlük müharibə nəticəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü bərpa etdiklərini bildirdilər.

Şəhid İsmayıl Kərimlinin atası Ceyhun Kərimli dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiyini, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəb şagirdlərinin ifasında şeirlər, mahnılar və kompazisiyalar tədbir iştirakçılarında xoş ovqat bağışladı.

Sonda xatirə şəkilləri çəkdirilib.

Keçidlər