Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Kazımov Vüsal Vüqar oğlunun doğum günündə əziz xatirəsi yad edildi.

17 avqust 2022 | 12:00

Nəsimi rayonunda şəhidlərin əziz xatirəsi daim dərin hörmət və ehtiramla yad edilir.

Şuşa istiqamətində hərbi xidməti vəzifə borcunu yerinə yetirən zaman şəhid olan Əsgər Kazımov Vüsal Vüqar oğlunun ad günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısı aparatının məsul əməkdaşları və şəhidin ailəsi İkinci Şəhidlər Xıyabanında olmuş, şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunaraq məzarı üzərinə gül-çiçək dəstələri qoyulmuşdur.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildiriblər.

Keçidlər