Şəhid Kazımov Vüsal Vüqar oğlunun şəhadət günündə əziz xatirəsi yad edildi.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.
Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin nümayəndələri, SHXÇDX-i idarəsinin nümayəndələri, Şəhid ailələri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Şəhid Kazımov Vüsal Vüqar oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.