Şəhid Rzayev Hacırza Fikrət oğlunun və atasının əziz xatirəsi anılıb.
44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq.
Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi zamanı torpqalarmızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Rzayev Hacırza Fikrət oğlunun əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü.
Eyni zamanda RİH-nin rəhbərliyi başda olmaqla bütün rayon ictimaiyyəti şəhid Rzayev Hacırza Fikrət oğlunun atası Rzayev Fikrət Rüstəməli oğlunun da məzarı ziyarət olundu.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.