Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Şirinov Polad Seyran oğlu 2 saylı Fəxri və Şəhidlər Xiyabanında dəfn olundu.

16 sentyabr 2022 | 10:38

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş Şirinov Polad Seyran oğlu  2 saylı Fəxri və Şəhidlər Xiyabanında dəfn olunub.

İzdihamlı dəfn mərasimində Nəsimi və Suraxanı rayon İcra Hakimiyyətlərinin rəhbərləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin qanı yerdə qalmadı!

Keçidlər