Səməd Vurğun 112 saylı ünvanda abadlıq - quruculq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq həyətdə qanunsuz hasara alınmış çəpərlər sökülərək ərazilər sakinlərin ümumi istifadəsinə verilib. İstinad divarlarında təmir – bərpa işləri aparılıb. Binanın fasadında və eyvanlarında uçub tökülmə ehtimalı olan suvaq qatları yenidən üzlənib-bərpa olunub və rənglənmə işləri aparılıb. Binanın giriş qapıları və pəncərələr yeniləri ilə əvəz olunub. Yağış suları axıdan boru və navalçalar dəyişdirilib. Yeni işıqlandırma və suvarma sistemi çəkilib. Həyətdə yerləşən fontan yenidən təmir olunaraq işlək vəziyyətinə gətirilib.
Qeyd edək ki, həyətdə tamet daşları və bardürlər düzülüb. Eyni zamanda uşaq-oyun elementləri, söhbətgah və oturacaqlar quraşdırılıb.
Hal-hazırda binanın həyətində qazon örtyünün və yeni asfalt örtüyünün vurulması işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.