Səməd Vurğun 112 saylı ünvanda asfaltlaşma işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq həyətdə qanunsuz hasara alınmış çəpərlər sökülərək ərazilər sakinlərin ümumi istifadəsinə verilib. Binanın fasadında və eyvanlarında uçub tökülmə ehtimalı olan suvaq qatları yenidən üzlənib-bərpa olunub və rənglənmə işləri aparılıb. Binanın giriş qapıları təmir edilib. Yağış suları axıdan boru və navalçalar dəyişdirilib. Yeni işıqlandırma və suvarma sistemi çəkilib, həyətdə yerləşən fontan yenidən təmir olunaraq işlək vəziyyətinə gətirilib.
Binanın həyətində abadlıq işləri davam edir. Həyətdə tamet daşları və bardürlərin düzülməsi işləri aparılır. Eyni zamanda həyətdə uşaq-oyun elementlərinin, söhbətgah və oturacaqların quraşdırılması, yaşıllaşdırma işlərinin aparılması, qazon örtyünün vurulması işləri nəzərdə tutulub.
Hal-hazırda binanın həyətində yeni asfalt örtüyünün vurulması işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.