Şriftin ölçüsü :

Saytın rəngi :

Səməd Vurğun 112 saylı ünvanında abadlıq-quruculuq işləri davam etdirilir.

04 aprel 2023 | 10:30

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonu Səməd Vurğun küçəsi 112  saylı ümumi yaşayış binada əsaslı təmir işləri davam edir.

Qeyd edək ki, binanın fasadında və eyvanlarında uçub tökülmə ehtimalı olan suvaq qatları yenidən üzlənib, bərpa olunub  və rənglənmə işləri aparılıb. Yağış suları axıdan boru və navalçalar dəyişdirilib. Binanın giriş qapıları təmir edilib. Hal-hazırda binanın həyətində abadlıq işlərinə başlanılıb, tamet daşları və bardürlərin düzülməsi işləri aparılır.

Eyni zamanda binanın həyətində uşaq-oyun elementlərinin, söhbətgah və oturacaqların quraşdırılması işləri də nəzərdə tutulub.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər