Şriftin ölçüsü :

Saytın rəngi :

Səməd Vurğun 116 saylı ünvanda məhəllədaxili yollarda cari təmir və asfaltlaşma işləri aparılıb.

09 avqust 2023 | 09:54

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində işlər uğurla aparılır.

Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri aparılır. Bu istiqamətdə yararsız vəziyyətə düşmüş binaların həyətləri eyni zamanda məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmiri ilə bağlı müvafiq tövsiyyələr verilir.

Qeyd edək ki, Səməd Vurğun 116  saylı ünvanda  yerləşən binaları əhatə edən yararsız vəziyyətə düşmüş məhəllədaxili  yollarda  cari təmir işləri, eyni zamanda asfaltlaşma işləri aparılmışdır.

Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.

Keçidlər