Şriftin ölçüsü :

Saytın rəngi :

Səməd Vurğun küçəsi 108 ünvanında maqistral istilik borularında əsaslı təmir işləri aparılıb.

04 iyul 2024 | 11:04

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri aparılır. Bu istiqamətdə yararsız vəziyyətə düşmüş binaların, eyni zamanda məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi, əsaslı təmiri və digər məsələlər ilə bağlı müvafiq tövsiyyələr verilir.

Nəsimi rayonu Səməd Vurğun küçəsi 108 saylı ünvanda qış mövsümündə binaların  istilik təchizatının yaxşılaşdırılması məqsədilə maqistral istilik xətlərində əsaslı təmir işləri aparılmışdır.

Belə ki, maqistral istilik xətlərində qəzaların baş verməməsi, binalarda uzun müddətli fasilələrin yaranmaması üçün sözü gedən ünvanda istismar müddəti başa çatmış diametri 219 mm-lik maqistral istilik boru xətlərində əsaslı təmir işləri aparılıb,  eyni zamanda borular yenilərilə əvəz olunub.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər