Səməd Vurğun küçəsi 112 saylı ünvanda abadlıq və yenidənqurma işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Səməd Vurğun küçəsi 112 saylı ümumi yaşayış binanın fasadında əsaslı təmir işləri aparılır, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi nəzərdə tutulub. Binanın qəzalı vəziyyətə olan eyvanları bərpa olunub. Qeyd edək ki, binanın həyətində də abadlıq işlərinin aparılması nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.