Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbulda sakinlərin çoxsaylı müraciətləri dinlənildi

07 mart 2023 | 13:41

 

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq mart ayının 07-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Azadlıq və Vaqif prospektləri, Abbas Səhhət küçəsi, Hənifə Ələsgərova küçəsi, Vidadi küçəsi, Mirəli Qaşqay küçəsi, Mirqasımov küçəsi, Süleyman Rüstəm küçəsi, Sübhü Salayev küçəsi, Natiq Şahbazov və Feyzulla Qasımzadə küçələrinin sakinləri iştirak etmişlər.

Sakinlərdən  Xudiyev Əli, Quliyeva Şəfaqət, Atakişibəyli Samirə, Ələkbərova Sehran, Qəmbərova Şərqiyyə, Hüseynov Bayram, Namazov Möhübbət, İsmayılov Vaqif, Mahmudova Samirə və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən qəzalı binalarla bağlı tədbirlər görülməsi,  işıqforun quraşdırılması, küçənin işıqlandırılması, dam örtüyünün və səkinin təmiri, mənzil növbəsinə alınma, kanalizasiya xəttinin təmiri, ağacın budanması ilə bağlı tədbir görülməsi, tikinti şirkəti ilə bağlı məsələlər barədə müraciətlər etdilər.

Sakinlər adından İsgəndərli Şəbnəm yaşadıqları evlərin qəzalı olduğundan yenidənqurulmasının, yeni  layihələrə salınmasının vacibliyini qeyd etdi. Müraciət  ilə  bağlı rayon ərazisində təsdiq edilmiş layihələr üzrə bir çox məhəllədə köçürmə, söküntü-tikinti işlərinin aparıldığı, rayonun digər ərazilərində də yenidənqurma işlərinin aparılması üçün aidiyyəti təşkilatlara müraciətlər edildiyi və bu məsələlərə müasir şəhərsalma prinsipləri əsasında baxıldığı barədə geniş məlumat verildi.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmış, Vətənimiz uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsi sükutla yad edilmişdir.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

 

Keçidlər