Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbulda sakinlərin müraciətləri dinlənildi

21 fevral 2024 | 10:10

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda   Azadlıq prospekti, BülBül prospekti, Süleyman Rəhimov, Lev Tolstoy, Bəşir Səfəroğlu, Fikrət Əmirov, Cəlil Məmmədquluzadə, Əlövsət Quliyev, 28 May,  Salatın Əsgərova, Ağadadaş Qurbanov, Sübhi Salayev, Mərdanov qardaşları, Vidadi  küçələrinin əhatəsində yaşayan sakinlər iştirak etmişlər.

Sakinlərdən  Quliyeva Xəyalə, Həşimov Hacı, Nəhmədova Xanım, Həsənova Aygün, Topçubaşova Mədinə, Orucova Sevda, Cəlilova İsmət, Tahirov Rəfail, Quliyev Feyruz, Fərəcova Zinyət, Sadıqov Müşfiq, Abdulsalamova Təranə, Babayeva Ülviyyə, Əmirov Vahid, Cəlilova Mətanət  və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən iş ilə təmin, ümumi istifadədə olan pilləkənin təmiri, səkilərin təmiri və zirzəmiyə axan qrunt suları ilə bağlı tədbir görülməsi, həyətin təmiri, fasadın təmiri, səkiyə kiçik tutumlu zibil qtutlarının qoyulması, su xəttinin təmiri, şirkətə ayrılmış ərazidə tikinti işlərinin sürətləndirilməsi, mənzil ilə təmin, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və  köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, binanın girişinin təmiri ilə bağlı məsələlər barədə müraciətlər etdilər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.

Sakinlərə rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir. 

Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Keçidlər