Səyyar qəbulda sakinlərin müraciətləri dinlənildi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Neftçilər prospekti, Xətai prospekti, Azadlıq prospekti, BülBül prospekti, Səməd Vurğun, 28 May, Salatın Əsgərova, Ağadadaş Qurbanov, Əlibəy Hüseynzadə, MirCəlal küçələrinin əhatəsində yaşayan sakinlər iştirak etmişlər.
Sakinlərdən Rzayev Namiz, Mütəllimova Yeganə, Məmmədova Mehriban, Şahmarlı Rəşadət, Piriyeva Aynur, Mehdiyev Anar, Əmirov Rafiq, Əliyeva Nuridə, Muxtarov Kamran və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən parkda oturacaqların yenilənməsi, piyada səkilərinin təmiri, dam örtüyünün təmiri, iş ilə təmin, binanın tüstü bacasının təmizlənməsi, ağacın budanması, ümumi istifadədə olan pilləkənin təmiri, piyada keçidinin və kanalizasiya xəttinin təmiri, navalçanın təmiri ilə bağlı məsələlər barədə müraciətlər etdilər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
“Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən çoxşaxəli tədbirlər barədə məlumatlar verilmişdir.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.