“Şuşa ili” çərçivəsində 28 May- Respublika Gününə həsr olunmuş “Qüdrətinlə fəxr edirik, Azərbaycan! ” adlı ədəbi – bədii tədbir keçirildi.
Nəsimi rayon İcra Hakimiyyəti 5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında “Şuşa ili” çərçivəsində 28 May- Respublika Gününə həsr olunmuş “Qüdrətinlə fəxr edirik, Azərbaycan! ” adlı ədəbi – bədii tədbir keçirildi.
TədbirdəTürkiyə Respublikası Antalya Böyük şəhər Bələdiyyəsinin Genəl sekretər müdiri Durmuş Ali Arslan, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları , Bakı Şəhər üzrə Təhsil İdarəsinin aparıcı məsləthətçiləri, şəhid ailələri, Azərbaycan Respublikasının xalq artisti Əli Nur, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov iştirak etdilər.
Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlanıldı. Daha sonra mərkəzin “Uşaq xalq rəqsləri ” , “Xalq çalğı alətləri ansamblı” , “Məktəb teatrı” , dərnəklərinin üzvləri rəngarəng çıxışlar etdilər .Tədbirdə şəhid övladlarının ifasında “Qarabağ Azərbaycandır” kompozisiyasında nümayiş olundu.
Tədbirdə 5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin direktoru Könül Mustafayeva, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva və Azərbaycan Respublikasının xalq artisti Əli Nur çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar.
Tədbirin sonunda xatirə şəkili çəkildi.