Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşa ili” çərçivəsində “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.

02 dekabr 2022 | 10:37

Nəsimi rayonu Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında  “Şuşa ili” çərçivəsində “Qarabağ Azərbaycandır” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və məktəbin pedaqoji kollektivi  iştirak etdilər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra məktəbin şagirdlərinin ifasında mahnı, şer və rəqslər təqdim olundu.

Tədbiri giriş sözü ilə Nəsimi rayonu Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbin direktoru Kəmalə Qədirova qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar  Nəsimi rayonunda bır sıra tədbirlərin keçirilməsini vurğulayıb. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Tədbirin sonunda digər çıxış edənlər möhtəşəm qələbəyə görə Azərbaycan Respublikasının Ali Baş Komandanına öz minnətdarlığını bildiriblər.

Sonda xatirə şəkili çəkildi.

Keçidlər