“Şuşa ili” çərçivəsində “Səndə vardır başqa lətafət Şuşa-270” adlı tədbir keçirildi.
Nəsimi rayonu 1 nömrəli tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Səndə vardır başqa lətafət Şuşa-270” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, şəhid ailələri, qazilər və şagirdlər iştirak etdilər.
Əvvəlcə qonaqlar məktəbin foyesində sərgi ilə tanış oldular. Sərgidə vətən müharibəsi haqqında, Şuşa haqqında kitab sərgisi, Şuşanın görkəmli şəxsiyyətlərinin portretləri, qədim məişət əşyaları sərgidə öz əksini tapmışdır.
Sonra Şuşa haqqında videçarx təqdim olunmuş, şagirdlərin hazırladıqları rəqsləri və ədəbi-bədii kompazisiyalar tədbir iştirakçılarına xoş ovqat bağışladı.
Tədbirdə Nəsimi rayonu 1 nömrəli tam orta məktəbin direktoru Elida Rzayeva çıxış edərək tədbirin əhəmiyyətindən danışdı.
Sonra Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Şuşa ili elan olunmuş, bununla bağlı rayonumuzda silsilə tədbirlər həyata keçirilir. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Sonda şəhid övladlarına söz verildi və onlara xatirə hədiyyələri təqdim olundu.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.