Şriftin ölçüsü :

Saytın rəngi :

“Suveren Azərbaycanın Zəfər Təntənəsi” adlı tədbir keçirilib

19 sentyabr 2024 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Suveren Azərbaycanın Zəfər Təntənəsi" adlı tədbir keçirilib.

Tədbirdə rayon təhsil işçiləri, rayon ictimaiyyət nümayəndələri və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva iştirakçıları salamlayaraq nəzərə çatdırıb ki, bir il bundan öncə lokal antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüz tam təmin olunub, düşmən ağ bayraq qaldıraraq öz məğlubiyyətini bir daha qəbul edib. Bu tarixi Zəfəri yaşamağımızın səbəbkarı heç şübhəsiz ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasəti, müdrikliyi, həmçinin Ümummilli lider Heydər Əliyevə olan ata vəsiyyətinə sadiqliyin və igidlik rəmzi olan şəhidlərimizin sayəsində olduğunu bildirib. Həmçinin çıxışında dövlət başçısının qərarı ilə bu günün Dövlət Suverenliyi Gününün təsis edilməsi mühüm tarixi hadisədir. Natiq həmçinin qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli kapitulyasiya aktının müddəalarına tam zidd reaksiyalarla əməl edən düşmənin məkrli oyunlarına son vermək üçün antiterror lokal əməliyyatlarının baş tutması tarixi həqiqətlərdə Azərbaycanın haqlı mövqeyini əsaslı şəkildə sübut edir.

Sonda mövzu ilə əlaqadar ikitərəfli fikir mübadiləsi aparılıb, qarşılıqlı təklif və məsələlər müzakirə olunub.

Keçidlər