Tbilisi prospektində asfaltlaşma işi başa çatıb.
05 sentyabr 2022 | 11:46
Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Tbilisi prospektində yeraltı su və komunikasiya xətləri bərpa olunub, yolun əsaslı təmir işləri başa çatdırılıb, yola yeni asfalt örtüyü vurulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.