Ticarət obyektlərinin fasadında, yol kənarlarının hasar və istinad divarlarında təmir işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.
Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, mərkəzi küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında və müxtəlif ünvanlarda təmir-barpa işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir.
Qeyd edək ki, rayonun müxtəlif ünvanlarında şəhərin ümumi görünüşünə xələl gətirən ekoloji cəhətdən məqsədəuyğun sayılmayan primitiv üzlüklər reklamlar sökülərək yenilənmiş, bərpa işləri aparılmışdır. Eyni zamanda yol kənarlarında hasar və istinad divarları təmir edilmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.