Şriftin ölçüsü :

Saytın rəngi :

Ticarət obyektlərinin vitrinlərində sanitar təmizlik işləri aparılıb.

16 mart 2024 | 11:11

Bakı şəhərində olduğu kimi, Nəsimi rayonunda da  abadlıq quruculuq, sanitar təmizlik işlərinin və iməcliklərin aparılması  mütəmadi olaraq davam etdirilir.

Ənənəvi olaraq bu gün də  Nəsimi rayonunda ümumrayon iməciliyi keçirilib.

İlk öncə bütün ictimai yerlərdə, o cümlədən küçə və prospektlərdə sanitar təmizlik  işləri aparılıb.

Rayon ərazisində yerləşən ticarət obyektlərinin vitrinləri yuyularaq təmizlənmiş,  eyni zamanda  abad həyətlərdə  və parklarda da ümumi  sanitar-təmizlik işləri  aparılmışdır.  

Rayonda ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdiriblər.

Keçidlər