Şriftin ölçüsü :

Saytın rəngi :

Tullantıların səmərəli idarə olunması üçün konteynerlər təmir olunub, meydançalarda təmizlik işləri aparılıb.

31 avqust 2024 | 11:06

Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlərin sayının artırılması quraşdırılması işləri aparılır. Əsas məqsəd şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına xidmət etməkdir.

Belə ki, sakinlər tərəfindən daxil olan müraciətlər əsasında, Nəsimi rayonunun müxtəlif ünvanlarında məişət tullantılarının müvəqqəti toplanması üçün konteyner meydançalarında gigiyenik normalara əsaslanaraq sanitar təmizlik tədbirləri aparılmış,  eyni zamanda konteynerlər cari təmir edilmiş,  onların sıradan çıxmış qapaq hissələri yeniləri ilə əvəz olunmuşdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  tullantıların səmərəli idarə olunması üçün rayonda mövcud müvəqqəti toplama meydaçalarının təmir edilməsi, ehtiyac olan ərazilərdə məişət tullantı konteynerlərin  saylarının artırılması, quraşdırılması istiqamətdə işlər davam etdirilir.

 

Keçidlər