Türk Dünyası Bakı Atatürk Liseyinin məzun günü keçirilib.
Bakı Musiqi Akademiyasının Opera studiyasında Bakı Atatürk Liseyinin məzun günü keçirilib.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov, Millət vəkilləri, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən şirkət və təhsil müəssisələrinin rəhbərləri , liseyin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.
Əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Liseyin direktoru Eylem Güntekin tədbir iştirakçılarını salamlayaraq məzunları təbrik etdi.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı məzunları təbrik etmiş onlara uğurlar arzulayıb.
Tədbirdə şagirdlərin hazırladıqları mahnı və rəqslər tədbir iştirakçılarında xoş ovqat bağışladı.
Tədbirin sonunda məzunlara diplomlar və hədiyyələr təqdim olundu.