Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.

20 aprel 2023 | 10:35

Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Nəsimi RİH, YAP Nəsimi rayon təşkilatı və Nəsimi Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Daha sonra Dövlət Himni səsləndirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, Ulu öndər Heydər Əliyev haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan Ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin böyük əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. “Ulu öndər Heydər Əliyev bütün varlığı ilə, bütün bilik və bacarığı ilə xalqına, torpağına bağlı bir dahi şəxsiyyət idi. Onun rəhbərliyi ilə Azərbaycan parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu öndərin adı ilə bağlıdır. Bu gün biz qalib xalq kimi bir daha fəxr edirik ki, azərbaycanlıyıq. Hər birimiz Ulu öndərin ruhu qarşısında baş əyir, onun xatirəsini daima uca tuturuq. Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir”.

Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Tibb elmləri doktoru, professor Vaqif  Şadlinski Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanı güclü, mətin, müstəqil görmək istəyirdi, bundan ötrü qüvvəsini əsirgəmədi və Ulu Tanrının ona bəxş etdiyi fitri istedadı, qətiyyəti, diplomatik qüdrətini tam surətdə bu istiqamətə yönəltdi.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov gənclərə Ulu öndər Heydər Əliyevin təhsilə olan qayğısından söz açıb. Bildirilib ki, Ulu öndər təhsilə, elmə xüsusi diqqət göstərmiş, Azərbaycan elminin inkişafı istiqamətində böyük işlərə imza atmışdır.

ADU-nun 3-cü kurs tələbəsi Jalə Eyvazova Ulu öndərin Azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycanı güclü dövlətə, müasir dünya ilə ayaqlaşan bir regiona çevirən siyasətin əsasını qoyub.

Tədbir bədii hissə ilə davam edib. 

Keçidlər