Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “HEYDƏR ƏLİYEV İRSİ: Bakı Limanının inkişaf dövrü” adlı tədbir keçirilib.

06 may 2023 | 12:07

Bakı Limanının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “HEYDƏR ƏLİYEV İRSİ: Bakı Limanının inkişaf dövrü” adlı tədbir keçirilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda inşa edilən ilk binalardan olan Dəniz Vağzalı kompleksində baş tutan təntənəli məramsimdə açılış niqti ilə çıxış edən Bakı Limanının Baş direktoru Taleh Ziyadov Ulu Öndər Heydər Əliyevin Bakı Limanının yenidən qurulması və inkişafında əvəzsiz xidmətlərindən və onun əbədiyaşar irsinin Bakı Limanın fəaliyyətində daim yaşayacağından bəhs edib: Bu gün Bakı Limanı beynəlxalq səviyyədə tanınırsa, bu inkişafın təməli Ulu Öndər Heydər Əliyev tərəfindən hələ 20-ci əsrdə qoyulduğunu bildirən Baş direktor bu siyasi xəttin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Dövlət Dəniz və Liman Agentliyi ilə tərəfdaşlıq çərçivəsində keçirilən tədbirdə həmçinin Agentliyin sədri Arif Məmmədov Ulu Öndərin liman və dəniz xidmətlərinin ən müasir səviyyədə qurulmasında əvəzsiz titanik fəaliyyətindən bəhs edib. Bundan başqa millət vəkili Nigar Arpadarayi, Bakı Dəniz Vağzalının sabiq rəhbəri Fikrət Teymurov və qocaman limançı Rafel Mirqulamov da çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə Ümumilli Lider Heydər Əliyevin Bakı Limanının yenidən qurulması və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edən unikal kadrlardan və faktlardan ibarət qısametrajlı film də təqdim edilib.

İştirarçılara Bakı Limanı eyni zamanda Dövlət Dəniz və Liman Agentliyi tərəfindən təqdim edilmiş unikal fotolardan ibarət sərgi ilə də tanış olublar.

Keçidlər