Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dahi lider” adlı ədəbi bədii tədbir keçirilib.

08 may 2023 | 09:50

Bakı şəhəri 5 № li tam orta məktəbdə dahi rəhbər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dahi lider” adlı ədəbi- bədii tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon İcra Hakimiyyətinin ictimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəybala Quliyev iştirak edirdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nərminə Gündüzlü açaraq, qeyd etdi ki, dahi şəxsiyyətin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla subuta yetirdi.

Sonra xalqımızın böyük oğlunun vətən və dövlət quruculuğu yönündə fəaliyyətini diqqətə çatdıran videoçarxlar, slaytlar nümayiş olundu.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxış edərək qeyd etdi ki, Heydər Əliyev ideyaları, onun təməlini qoyduğu müstəqil Azərbaycan hələ bundan sonra neçə yüz illiklər boyu yaşayacaq və inkişaf edəcəkdir.

Keçidlər