Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı ədəbi-bədii tədbir keçirilib.
Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Anar Mustafazadə, Nəsimi rayonu Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Azərbaycan Respublikasının Əməkdar artistləri- Füzuli Hüseynov, Vəfa Zeynalova və rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Əvvəlcə məktəbin həyətində milli-mənəvi dəyərlərimizi əhatə edən sərgiyə baxış oldu. Bölgələrimizin: Qarabağ-Zəngəzur, Bakı-Şirvan,Qazax-Borçalı, Naxçıvan-İrəvan,Qarabağın oymalı arxalığı, çəpkənli qadın milli geyimləri şagirdlərin təqdimatında nümayiş olundu. Müvafiq milli geyimlərin bölgələrinə uyğun Azərbaycan milli xalçaları sərgiləndi və bu xalçaları tarixi haqqında məlumat verildi. Azərbaycanın qədim dövr peşələrinin təqdimatı oldu. Milli abidələrimizi, milli-mənəvi dəyərlərimizi ehtiva edən şagirdlərin əl işləri, STEAM layihəsinin yaradıcılıq işləri sərgiləndi.
Sonra tədbiri giriş sözü ilə açan A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova tədbir iştirakçılarını salamlayaraq qonaqları tədbir iştirakçılarına təqdim etdi.
Sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Anar Mustafazadə, Azərbaycan Respublikasının Əməkdar artistləri- Füzuli Hüseynov, Vəfa Zeynalova və Nəsimi rayonu Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev belə tədbirlərin gənc nəslə çatdırılmasının əhəmiyyətindən danışıb.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Nəsimi rayonunda Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq belə tədbirlər milli-mənəvi dəyərlərimizin və milli kimliyimizi gənc nəslin nümayəndəsinə çatdırılması təqdirəlayiqdir.
Tədbirdə milli-mənəvi dəyərlərimizi əks etdirən videoçarx nümayiş olunmuş, məktəbin şagirdlərinin ifasında mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr əsasında tamaşa göstərildi.
Tədbirin sonunda xatirə şəkli çəkilib.