Ümummilli lider “Heydər Əliyev İli” çərçivəsində Nəsimi rayonunda “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir. “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.
Nəsimi rayon İcra Hakimiyyətində Ümummilli lider “Heydər Əliyev İli” çərçivəsində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə Nəsimi rayon icra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın üzvləri və rayon məktəbliləri iştirak edib.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəybala Quliyev açaraq bildirdi ki, bu gün Ulu Öndər Heydər Əliyev bütün istiqamətlərdə o cümlədən uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident 2009-cu ili uşaq ili elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qaygısının bariz təzahürü sayılır. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində böyük lahiyələr həyata keçirən Mehriban Xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi proqramları reallaşır.
Komissiyanın digər üzvləri şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə və uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və ölkədaxili normativ hüquqi aktlar, BMT-nin adı çəkilən konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş uşaqların hüquqları və vəzifələri, həmin hüquqların müdafiəsi mexanimzləri barədə ətraflı məlumat vermişlər.
Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Sonra tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.