Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə tədbir keçirilib.
Beynəlxalq Muğam Mərkəzində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Respublikanın xalq artisti, tarzən Ramiz Quliyev, Respublikanın xalq artisti Vamiq Məmmədəliyev və digər tanınmış incəsənət xadimləri, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak edib.
Tədbirdə Respublikanın xalq artisti, tarzən Ramiz Quliyev Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən və mədəniyyətə verdiyi dəyərlərdən danışıb.
Sonra məktəb şagirdlərinin ifalarında rəngarəng müsiqilər tədbir iştirakçılarında xoş ovqat bağışladı.