Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan beynəlxalq simpozium keçirildi.
Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpozium keçirildi.
Simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edib.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla simpoziumun əhəmiyyətindən danışdı.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tədbirin vacibliyini vurğulamış və bildirmişdir ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib. Biz də özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin canlı şahidləri olduq. Gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Eyni zamanda haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Nə qədər tariximizi oxusaq da, gözəl bilsək də, ona hər zaman sadiq qalsaq da, Qarabağsız bu tarix, sanki tam deyildi. Məhz belə bir mənəvi boşluğu Ali Baş Komandanın böyük cəsarəti, qətiyyəti, müzəffər Ordumuzun böyük ruh yüksəkliyi, döyüş hazırlığı tamamladı. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.
Bakı Slavyan Universitetinin rektoru, Siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev simpozium iştirkaçılarına yeni elmi istiqamətlərin və elmi tədqiqatların önəmindən, gənc alimlərin bu simpoziumdan iştirakının vacibliyindən söz açdı.
Simpoziumda Avstriyanın Azərbaycandakı səfiri Aleksandr Bayerl çıxış edərək qarşılıqlı əməkdaşlığın faydalarından danışdı.
Simpoziuma İtaliyadan iştirakçı kimi qoşulan Germanistika üzrə BeynəlxalqAssosiasiyasının prezidenti Laura Auteri tədbirinin əhəmiyyətindən və yeni əməkdaşlıq əlaqələrinin gələcək inkişaf istiqamətlərindən danışdı.
Almaniyanın Azərbaycandakı səfirinin müavini Heiko Schwarz bildirib ki, tədbir yüksək səviyyədə təşkil olunub. Elmi tədqiqat üçün əlverişli imkanlar yaradılıb.
Simpoziumda Almaniya, Avstriya, İtaliya, Türkiyə, Qazaxıstan, Gürcüstan və s. ölkələrin müxtəlif universitetlərindən olan alim və professorlar, gənc tədqiqatçılar və media nümayəndələri iştirak etdilər.
Tədbirdə vurğulanıb ki, simpozium çoxşaxəli elmi yaradıcılıq imkanlarının müəyyən olunmasında və istedadlı alimlərin yetişməsində xüsusi rol oynayır.
Bildirildi ki, nümayiş olunan filmlər və təqdim olunan kitablar simpoziumun proqramına rəngarənglik qatır.
Simpozium çərçivəsində iştirakçılar Şamaxıda səfərdə olacaq, mühazirə və seminarlarla çıxış edəcəklər.
Simpozium bölmə iclaslarından, kitab təqdimatlarından və mühazirələrlə davam edib.