Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anım günündə məzarı ziyarət olundu

12 dekabr 2023 | 09:15

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tarixinə adını qızıl hərflərlə yazdırmış şəxsiyyətdir. Müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Azərbaycana rəhbərliyinin hər iki dövründə respublikamızın inkişafının möhkəm təməllərini yaradıb, mədəniyyətimizin əsl himayədarı olub, bu sahənin inkişafı üçün əlindən gələni əsirgəməyib.

Azərbaycan xalqı dövlətçilik tariximizdə müstəsna yeri olan böyük oğlunun əvəzsiz xidmətlərini heç vaxt unutmur və onun əziz xatirəsini daim ehtiramla yad edir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində Qarabağı, mədəniyyət beşiyi Şuşamızı işğaldan azad etməklə həm də Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirib.

Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin anım günündə Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət ediblər.

 

Keçidlər