Vaqif prospekti boyu parkda yaşıllıq zolaqlarına mövsümi güllər əkilmişdir.
Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə bütün ölkə ərazisində olduğu kimi Nəsimi rayonunda da il ərzində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə işlər davam etdirilir.
Eyni zamanda ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması məqsədilə, yaşıllaşdırma işlər davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonunda yerləşən Vaqif prospekti boyu parkın ərazisində və yol kənarı yaşıllıq zolaqlarında həmişəyaşıl kollar, mövsümi gül-çiçəklər əkilmişdir. Eyni zamanda abadlıq işləri aparılmış, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.