Vaqif prospekti boyunca parklara baxış keçirildi.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Rayon ərazisində aparılan layihələrin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və RİH nümayəndələri Nəsimi rayonu Vaqif prospekti boyu parklara və yaşıllıq zolaqlarına baxış keçirdi.
Baxış zamanı parklarda ərazinin sanitar təmizliyi və yaşıllıqların, oturacaqların ümumi vəziyyəti ilə tanış olundu. Gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirilməsinə, asudə vaxtlarını səmərəli keçirməsi, onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması üçün həyətlərdə quraşdırılmış uşaq oyun elementlərinin, idman qurğularının, ümumi vəziyyəti ilə tanış oldu.
Qeyd edək ki, sakinlərin müraciətləri nəzərə alınaraq parka əlavə yeni uşaq oyun elementlərinin və yelləncəklərin quraşdırılması məsələsi də öz həllini tapmışdır. Eyni zamanda RİH başçısı və nümayəndələri qeyd olunan parkda sakinlər ilə görüşərək, onların qaldırdıqları digər məsələlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tövsiyyələr vermişdir.
Nəsimi rayonunda görülən işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.