Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Abdullayev İbrahim Habil oğlunun doğum günüdür.

20 iyul 2022 | 11:48

Soyad: Abdullayev

Ad: İbrahim

Ata adı: Habil

Doğum tarixi: 20.07.1994

Şəhid olub: 05.10.2020

Rütbə: Baş leytenant

Təltifləri

«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı

Abdullayev İbrahim Habil oğlu 20 iyul 1994-cü ildə anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Abdullayev İbrahim 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyi, Füzulinin və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Abdullayev İbrahim 5 oktyabr 2020-ci ildə Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdullayev İbrahim ölümündən sonra "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" və 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Abdullayev "Qarabağ" ordeni və medalları ilə təltif edilib.

 

Keçidlər