Vətən müharibəsi şəhidi Babaxanov Elman Ağamirzə oğlunun ailəsi ziyarət olunub.
Müstəqil ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı.
Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin rəhbərliyi müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sora “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Vətən müharibəsi şəhidi Babaxanov Elman Ağamirzə oğlunun qızı Asenanın doğum günü ilə əlaqədar olaraq şəhidin ailəsi RİH-nin məsul əməktaşları tərəfindən ziyarət olunub. Şəhid övladına hədiyyələr təqdim edilib.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Yeni il bayramı ilə əlaqədar ailəyə bayram sovqatı və maddi yardım təqdim olunub.
Vətən müharibəsi şəhidinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.