Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Babaxanov Elman Ağamirzə oğlunun şəhadət günüdür.

18 noyabr 2022 | 07:21

Soyad: Babaxanov

Ad: Elman

Ata adı: Ağamirzə

Doğum tarixi: 17.12.1995

Şəhid olub: 09.11.2020

Rütbə: kapitan

Təltifləri

«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı

Elman Ağamirzə oğlu Babaxanov 1993-cü il dekabrın 17-də Bakı şəhərində anadan olub. 2009-2012-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsilini davam etdirərək "leytenant" hərbi rütbəsi qazanıb və Vətənə xidmətə başlayıb.

Baş leytenant Babaxanov 44 günlük müharibədə Cəbrayıl, Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 4-də vaxtından əvvəl kapitan rütbəsinə layiq görülsə də, çox keçmədən 5 gün sonra Xocavənddə snayper gülləsilə başından yaralanaraq, komandirinin qucağında şəhadətə yüksəlib. II Fəxri Xiyabanda dəfn edilib. Asena adlı bir qızı yadigar qalıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  Babaxanov Elman ölümündən sonra "Vətən uğrunda", 24.06.2021-ci il tarixli Sərəncamına əsasən  "Füzulinın azad olunmasına görə", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. 

Keçidlər