Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Babayev Elvin Əkbər oğlunun doğum günüdür.

28 fevral 2023 | 07:25

 

Soyad: Babayev

Ad: Elvin

Ata adı: Əkbər

Doğum tarixi: 28.02.2001

Şəhid olub: 02.10.2020

Rütbə: Əsgər

Təltifləri

«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Zəngilanın azad olunmasına görə» medalı

44 günlük Vətən müharibəsi xalqımıza 30 ildən sonra unudulmaz qələbə sevinci yaşatdı, öz qəhrəmanlarını bizlərə bir daha tanıtdı. Neçə-neçə igid Vətən övladı ərazi bütövlüyümüz, milli kimliyimiz uğrunda qazi oldu, şəhidliyə ucaldı. Haqqında bəhs edəcəyimiz Elvin Babayev də belə oğullarımızdan biridir.

19 yaşlı şəhid Elvin Əkbər oğlu Babayev 28 fevral 2001-ci ildə, Gəncə şəhərində anadan olub. Özündən kiçik bir qardaşı var. Daha sonra ailə Bakıya köçüb.

2008-ci ildə Elvin Bakı şəhəri leytenant K.Kərimov adına 8 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbi bitirib. Təhsil aldığı müddətdə idmanın bir sıra növləri, o cümlədən futbol və qaydasız döyüşlə məşğul olub. Vətənpərvər və fəal şagird kimi tanınan Elvin təhsil aldığı tam orta məktəbdə “Gəncə Şahinləri” hərbi komandasının manqa komandiri olub.

Elvin orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Təxris edilməsinə cəmi 3 ay qalmış əzəli torpaqlarımızı düşmən işğalından azad etmək Vətən müharibəsi başlayıb. Ağdam və Xocavənd rayonları istiqamətində döyüşən əsgər Babayev 2 oktyabrda Xocavənddə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra Elvin Babayev "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə  təltif  edilib.

 

 

Keçidlər