Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Baxşəliyev Natiq Saleh oğlunun şəhadət günüdür.

20 oktyabr 2022 | 07:23
Soyad: Baxşəliyev
Ad: Natiq
Ata adı: Saleh
Doğum tarixi: 25.02.1980
Şəhid olub: 20.10.2020
Rütbə: Leytenant
Təltifləri
 
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Onlardan biri də Natiq Baxşəliyevdir.

Natiq Saleh oğlu Baxşəliyev 1980-cı il iyulun 7-də Bakı şəhərində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Natiq Baxşəliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda döyüşüb. Oktyabrın 20-də Xocavənd döyüşləri zamanı Ərgünəş dağı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baxşəliyev Natiq "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Füzulinin azad olunmasına görə"  və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən   “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Keçidlər