Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Bərxudarov Toğrul Məmməd oğlunun doğum günüdür.

30 iyun 2022 | 10:45

Soyad: Bərxudarov

Ad: Toğrul

Ata adı: Məmməd

Doğum tarixi: 30.06.1987

Şəhid olub: 30.09.2020

Rütbə: mayor

Təltifləri

 

 «Rəşadət» ordeni«Vətən uğrunda» medalı«Hərbi xidmətlərə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı

Bərxudarov Toğrul Məmməd oğlu 30 iyun 1987-ci il tarixində  Gəncə şəhərində anadan olub.

Azərbaycan Ordusunun mayoru olan  Bərxudarov Toğrul 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib.

Bərxudarov Toğrul Məmməd oğlu 30 sentyabr 2020-ci il tarixində Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bərxudarov Toğrul Məmməd oğlu ölümündən sonra “Vətən uğrunda”, 30.12.2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalları ilə və 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib

Keçidlər