Vətən müharibəsi Şəhidi Cavadzadə Anar Tahir oğlunun şəhadət günüdür.
17 oktyabr 2023 | 07:27
Adı: Cavadzadə
Soyadı: Anar
Ata adı: Tahir
Doğum tarixi: 29.04.1990
Şəhid olub: 17.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Anar Cavadzadədir.
Anar Tahir oğlu Cavadzadə 29 aprel 1990-cı ildə İmişli rayonunda dünyaya göz açıb. 1997-ci ildə İmişli şəhər 2 saylı tam orta məktəbinə daxil olub. 9-cu sinfə qədər bu məktəbdə təhsil alan Anar, ailəsi ilə Bakıya köçdükdən sonra şəhərin məktəblərindən birində orta təhsilini davam etdirib. Orta məktəbi bitirdikdən sonra topçu vəzifəsi ilə hərbi xidmətə yollanıb.
Hərbi xidmət müddəti bitdikdən sonra Bakıya qayıtmış, burada bir çox sahələrdə çalışıb. 2018-ci ildə çəkilmiş şəhid İlham Cəfərovun 50 illik yubileyinə həsr olunan sənədli filmdə rollardan birini səsləndirib. Bu səsləndirmə xidmətinə və həmçinin, xüsusi səs tembrinə görə "İlin səsi" fəxri adına layiq görülüb.
Anar Cavadzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib.
Müharibədən əvvəl təhsilini davam etdirmək istəsə də, müharibə başlayanda döyüşə yollanıb. Topçu kimi hərbi əməliyyatlarda iştirak edib. Hadrutun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər gedişatında 17 oktyabr 2020-ci ildə şəhid olub. İmişli rayonunun Telişli kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Cavadzadə ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.