Vətən Müharibəsi Şəhidi Cəfərov Balaş Namiq oğlunun əziz xatirəsi ehtiramla yad edildi.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Müharibə varsa, şəhid də var, qazi də, itkin də. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq.
Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına canını qurban vermiş Şəhid Cəfərov Balaş Namiq oğlunun əziz xatirəsini yad etdilər.