Vətən Müharibəsi Şəhidi Cəfərov Balaş Namiq oğlunun xatirəsi yad edildi.
Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Şəhid Cəfərov Balaş Namiq oğlunun əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.