Vətən müharibəsi Şəhidi Cəfərov Ruslan Gündüz oğlunun doğum günüdür.
Azərbaycan Ordusunun mayoru olan Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ruslan Cəfərov oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyaban dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra " Vətən uğrunda ", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən " Füzulinin azad olunmasına görə " və 24.06.2021-ci il tarixli Sərəncama əsasən “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2022 ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayoru Cəfərov Ruslan Gündüz oğlu "3-cü dərəcəli Vətənə xidmətə görə "orden ilə təltif olunmuşdur.