Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Ələsgərov Ələkbər İsgəndər oğlunun şəhadət günündə əziz xatirəsi yad edildi.

01 oktyabr 2023 | 09:49

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.

44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq.

Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının, SHXÇDX-nin Nəsimi rayon idarəsinin nümayəndələri, Şəhid ailələri,  Vətən müharibəsi qaziləri və  rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı  ilə  Vətən müharibəsi zamanı torpqalarmızın azadlığı uğrunda gedən döyüşlərdə  şəhid olmuş Nəsimi rayon Şəhidi Ələsgərov Ələkbər İsgəndər oğlunun doğum günündə əziz xatirəsi  dərin hörmət və ehtiramla yad edildi, məzarı üzərinə gül dəstələri düzüldü. 

Eyni zamanda Vətən müharibəsi Şəhidi Cəfərov Balaş Namiq oğlunun da əziz xatirəsi  dərin hörmət və ehtiramla yad olunaraq məzarı üzərinə gül dəstələri düzüldü.

Şəhidlərin  ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Keçidlər