Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Əliyev İmran Əli oğlunun doğum günüdür.

07 aprel 2024 | 09:00

Adı: Əliyev

Soyadı: İmran

Ata adı: Əli

Doğum tarixi: 07.04.1993

Şəhid olub: 27.09.2020

Rütbəsi:  Leytenant

Təltifləri

«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı

Şəhidlər – dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçisidir. Şəhidlər – qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdırlar. Şəhidlər – qəlblərdə azadlıq, istiqlal işığı yandıraraq əsarət buxovlarını qırıb dağıdan mərd igidlər, elimizin-obamızın ən qeyrətli ərləri, xalqımızın vüqarıdırlar.

Belə şəhidlərimizdən biri də Əliyev İmran Əli oğludur. O, 7 aprel 1993-cü il Göyçay şəhərində anadan olub. Uşaqlığı və gəncliyi Bakı şəhərində  keçib. Nəsimi rayonu  54 nömrəli məktəbdə təhsil alıb, məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin komputer mühəndisliyi fakültəsinə daxil olub. Oranı bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirliyinin N saylı hərbi hissəsində xidmət edib.Xidmət zamanı Silahlı qüvəllərin  təlim tədris mərkəzində zabitlik kurslarına qatılmış və leytenant kimi Bərdə şəhərinin N saylı hərbi hissəsində fəaliyyətə başlayıb.

Bir müddət orada qaldıqdan sonra Tərtərə ezam olunur və orada leytinant kimi fəaliyyətini davam etdirir. 27 sentyabrdan etibarən başlayan müharibələrdə Suqovuşan ərazisində çox böyük şücaət göstərmiş və qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmran Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmran Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmran Əliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər